Apr 4, 2014

Qatıqlı Toyuq Şorbası


Qatıqlı Toyuq Şorbası
4 pay üçün
Ərzaqlar:

1 ədəd toyuq döş əti
3 xörək qaşığı Westgold kərə yağı
1 xörək qaşığı ağ un
4 xörək qaşığı yumru düyü
1 ədəd yumurta
3 xörək qaşığı qatıq
 

Duz və istiot

İstəyə görə toz-bibər (şirin qırmızı bibər tozu)

Hazırlanma Qaydası:

Toyuq ətini 6 stəkan suda qaynadın. Bişdiyində sudan çıxardın (suyu ayrı qaba alın) və əlinizlə didin.



Qazanda 2 xörək qaşığı kərə yağı əridin. Əridikdə buraya 1 xörək qaşığı un əlavə edib tez-tez qarışdıraraq azacıq qızardın. Toyuq suyunu da əlavə edib qaynadın. Düyünü əlavə edib,  bişirin. 

Şorbanın suyu azdırsa, bir az qaynar su əlavə edin.
Düyü bişəndə, bir qabda yumurta və qatığı qarışdırın. Buraya isti toyuq suyundan bir az əlavə edib yenidən qarışdırın. Alınan qarışığı toyuq suyuna əlavə edib, dəyanmadan qarışdıraraq qaynadın.



Qaynayanda bişmiş  toyuq ətini əlavə edin. Kənara çəkin. Duz və istiot vurun.
Süfrəyə verməzdən əvvəl bir tavada 1 xörək qaşığı kərə yağını əridin. Yaxşı qızanda 2 çimdik qırmızı toz-bibər əlavə edib qarışdırın və oddan alın. Bu qarışığı şorbanın üstünə gəzdirin. 
Nuş olsun!

azcookbook.com

0 comments:

Post a Comment

Ən çox oxunulan